EN

Azərbaycana müqavilə bağlamağa gəlirdi - Sərhəddə saxlanıldı

style='margin-bottom:10px;'>

Ukraynanın “Dinamo” və “Şaxtyor” klublarının qapıçısı olmuş Artur Rudko ölkəni qanunsuz tərk etməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.

QOL.az xəbər verir ki, bu barədə Ukraynanın “Sport24” saytı məlumat yayıb. Mənbənin iddia etdiyinə görə, 33 yaşlı futbolçu karyerasını Azərbaycanda,  “Qəbələ” klubunda davam etdirməyi planlaşdırırmış. Lakin sərhəd keçidindəki uğursuz cəhd bu planı pozub və indi onun müqavilə imzalamaq şansı yoxdur.

Rudko Ukrayna-Moldova sərhədini keçməkdə uğursuz cəhdindən sonra saxlanılıb. Qanunsuz çıxışın təşəbbüskarı isə bir Telegram kanalı olub. Qaçışa qatılan hər kəs 8 min dolları kriptovalyuta ilə ödəməli idi.

Rudkonun karyerasındakı son klub “Çernomorets” olub. Oranı 2024/25 mövsümündə tərk edib. O, azad agent olub.

Xatırladaq ki, Ukraynadakı müharibə ilə əlaqədar hərbi xidmətə çağırışı olan şəxslər yalnız müvafiq dövlət qurumlarının icazəsi ilə ölkəni tərk edə bilərlər.

Chosen
35
4
teleqraf.com

7Sources