EN

Anri “Qarabağ”dan və azərbaycanlılardan yazdı: “Liverpul”un əfsanəsi belə reaksiya verdi

Əfsanəvi fransız futbolçu Tyerri Anri ÇL-in əsas mərhələsinin ilk oyununda “Qarabağ”la bağlı verdiyi proqnozdan sonra nəinki Azərbaycanda, bütün Avropada gündəm olub.

Xatırladaq ki, Anri “Qarabağ”ın “Benfika” ilə oyunda sensasiya edəcəyini bildirmişdi.

Oyundan sonra azərbaycanlı fanatlar Anrinin sosil media səhifələrinə “hücum” ediblər.

Publika.az xəbər verir ki, bu barədə Anri özü yazıb: "Bu həftə sosial şəbəkələrim Azərbaycan bayraqları ilə dolu idi. Minlərlə mesaja oyandım. Sadəcə həqiqəti deməyə çalışdım. "Qarabağ" həqiqətən yaxşı komandadır. Həm topla, həm də topsuz çox yaxşıdır. Məncə, bu, onların ən böyük gücüdür".

Chosen
52
3
publika.az

4Sources