Kamçatkada 5.8 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
Bildirilir ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 94 km məsafədə, Sakit okean akvatoriyasında yerləşib.
Sunami təhlükəsi elan edilməyib.
Xatırladaq ki, sentyabrın 19-da Kamçatkanın şərq sahillərində 7.8 maqnitudalı zəlzələ baş verib. Bundan sonra gün ərzində 5 və 5.5 bal gücündə daha iki yeraltı təkan qeydə alınıb.