EN

Azərbaycanın neft iqtisadiyyatında inqilab: “Əsrin Müqaviləsi”nin tarixi əhəmiyyəti

Bakı. Trend:

1994-cü il sentyabrın 20-də Bakı şəhərində imzalanmış və “ƏsrinMüqaviləsi” adını almış müqavilə Azərbaycan Respublikasının neftsektorunda xarici investisiyaların cəlb olunması baxımından ilk vəən mühüm addım oldu.

Bu müqavilə Azərbaycanın Xəzər dənizində yerləşən“Azəri-Çıraq-Günəşli” birgə işlənməsi və hasilatın pay bölgüsü üzrəbeynəlxalq konsorsiumla bağlanmış ilk böyük sazişdir.

Müqavilədə əsas iştirakçıları "Əsrin müqaviləsi"ndə dünyanın 8ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə,Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti(SOCAR, Amoco, BP, McDermott, UNOCAL, Lukoyl, Statoil, Exxon,Türkiyə Petrolları, Pennzoyl, ITOCHU, Ramco, Delta) iştiraketmişdir. Bu müqavilədə Böyük Britaniyanın "British Petroleum"(qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi),ABŞ-nin "Amoco" (17,01 faiz), "UNOCAL" (11,2 faiz), "Pennzoil"(9,81 faiz), "McDermott" (2,45 faiz), Rusiyanın "Lukoil" (10,0faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "TürkiyəPetrolları" .şirkətinin (1,75 faiz) və Azərbaycan Neft Şirkətininisə 20 faiz payı var idi. Bununla da "Yeni neft strategiyası" vədoktrinası uğurla həyata keçirilməyə başlandı. İlk dəfə hesablanmışçıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralarqiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyontona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələbolunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edildi.

Müqavilə 30 illik müddət üçün nəzərdə tutulmuşdu. 2017-ci ildəisə müqavilənin müddəti 2050-ci ilə qədər uzadıldı. Xəzər dənizininAzərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlarının dərinlikdəyerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsühaqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişinimzalanması mərasimi keçirildi. Sazişin parametrlərinə əsasənölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmindəbonus ödəniləcək, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktınicrasında iştirak edəcək, SOCAR-ın payı 11,6 faizdən 25 faizəqaldırılacaq və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75faiz təşkil edəcək. Qeyd olunub ki, 23 il ərzində“Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilib. İlkinhesablamalara görə, yataqda hasil edilməmiş təxminən 500 milyon tonneft ehtiyatı var.

"Əsrin Müqaviləsi" nəticəsində Azərbaycan iqtisadiyyatınamilyardlarla dollar xarici sərmayə daxil oldu.

Bu, postsovet məkanında nümunəvi hal idi və Azərbaycanın sərmayəüçün sabit və etibarlı ölkə imicini formalaşdırdı. 2000-ci illərinəvvəllərindən başlayaraq müqavilə üzrə hasil olunan neftdən əldəolunan gəlirlər Azərbaycanın dövlət büdcəsini əhəmiyyətli dərəcədəgücləndirdi. Bu vəsaitlər infrastruktur, sosial proqramlar, hərbimodernizasiya və s. sahələrə yönəldildi.

1999-cu ildə yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fondu(ARDNF) neft gəlirlərinin şəffaf və səmərəli idarə olunmasınaxidmət etdi. Bu fond vasitəsilə neft pulları gələcək nəsillər üçünqorundu və iqtisadi sabitliyin təminatına çevrildi. MüqaviləAzərbaycanı Qərb dünyası ilə enerji sahəsində sıx əlaqələndirdi.ABŞ və Avropa İttifaqı Azərbaycanın enerji müttəfiqinə çevrildi vəölkənin beynəlxalq mövqeyi gücləndi. “Əsrin Müqaviləsi”Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tikilməsinə zəmin yaratdı.Bu, Xəzər neftinin dünya bazarına çıxarılmasına imkan verdi. BTCkəməri Azərbaycanın enerji müstəqilliyini təmin etməklə yanaşı,regionun geosiyasi xəritəsini dəyişdi.

Azərbaycan bu müqavilə və ardınca atılan addımlar sayəsində CənubiQafqazın enerji liderinə çevrildi. Bu, regionda digər dövlətlərənüfuz imkanlarını artırdı və regional təşəbbüslərdə söz sahibiolmağa imkan verdi.

Müqavilə imzalanan dövrdə Azərbaycan iqtisadi baxımdanqeyri-sabitlik yaşayırdı. Məhz bu müqavilə xarici dövlətlərin vəşirkətlərin Azərbaycanda sabitlikdə maraqlı olmalarını təmin etdi.Azərbaycanın müstəqil dövlət kimi enerji siyasətini yürütməkiqtidarında olduğunu göstərdi. Müqavilə nəticəsində ölkədə minlərləyeni iş yeri yaradıldı. Azərbaycanlı mütəxəssislərin xarici təcrübəqazanması, texnoloji biliklərə yiyələnməsi üçün imkanlaraçıldı.Neft Fondunun vəsaiti hesabına minlərlə tələbə xaricdətəhsil aldı. Sosial infrastruktura sərmayələr yatırıldı, yollar,məktəblər, xəstəxanalar tikildi.

Bugünkü mərhələdə Azərbaycan neftdən sonrakı dövr üçün iqtisadimodeli yenidən formalaşdırmaqla məşğuldur. “Əsrin Müqaviləsi” butransformasiya üçün əsas kapital və təcrübə bazasını yaratdı.“Əsrin Müqaviləsi” Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsioldu. O, təkcə neft müqaviləsi deyildi – bu, siyasi sabitliyin,iqtisadi dirçəlişin, beynəlxalq nüfuzun və geosiyasi balansın əsasdayaqlarından birinə çevrildi. Müqavilə Azərbaycanın neftstrategiyasının yalnız başlanğıcı olmaqla yanaşı, gələcək inkişafistiqamətlərinə yol açan bir platforma kimi tarixə düşdü.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 2006-cıildən bəri 605 milyon ton xam neft dünya bazarına çıxarılıb.Ümumilikdə isə, 2025-ci ilin birinci yarısında BTC boru xətti üzrəəməliyyat xərclərinə təxminən 60 milyon ABŞ dolları, əsaslıxərclərə isə 30 milyon ABŞ dolları sərf olunub. Uzunluğu 1 768 kmolan BTC boru kəməri ilə 2006-cı ilin iyununda istismara verildiyivaxtdan 2025-ci ilin iyun ayının sonunadək ümumilikdə təqribən 4,6milyard barel xam neft nəql edilib.

Eyni zamanda bu ilin ilk 6 ayında BTC ilə təqribən 13 milyon ton(106 milyon barel) xam neft və kondensat ixrac olunub.

"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda istismarabaşlanıldığı gündən 2025-ci il sentyabrın 1-dək 612,2 milyon tonxam neft və 238,7 milyard kubmetr səmt qazı hasil edilib. HazırdaSOCAR AÇG müqaviləsində ən böyük paya (31,65%) sahibdir.

Məqalədə:
Chosen
36
1
az.trend.az

2Sources