EN

Türkiyənin Antalya vilayətində güclü meşə yanğını: turistlər otellərdən təxliyə olunur

Bakı. Trend:

Türkiyənin Antaliya vilayətində meydana gələn meşə yanğını iləəlaqədar Belek şəhərində yanğın ocağına yaxın yerləşən otellərdənturistlər təxliyə olunur.

Bu barədə TrendTürkiyə KİV-ə istinadən xəbər verir.

“Bələkdə yanğın meydana gəlib! Otellərdən insanlar təxliyəolunur”, - “Antalya Haqqında” portalının “X” səhifəsində qeydolunub.

Qeyd edək ki, ötən gün Alanya və Muratpaşadakı meşəyanğınlarının ardından Kundu ilə Bələk arasında yerləşən ərazidə dəyanğın baş verib.

Əraziyə Antalya bələdiyyəsinin yanğınsöndürənləri və yerli meşəidarəsinin çox sayda əməkdaşı səfərbər olunub. Yanğınınsöndürülməsi üçün tədbirlər davam etdiyi bir vaxtda, küləyinşiddətlənməsi alovun daha geniş yayılma riskini artırıb.

Məqalədə:
Chosen
30
1
az.trend.az

2Sources