EN

Senat Mayk Uoltsu ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə təsdiq edib

Vaşinqton, 20 sentyabr, AZƏRTAC

ABŞ Senatı Mayk Uoltsu ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə təsdiq edib.

AZƏRTAC-ın məlumatına görə, bu təsdiq ABŞ Prezidenti Donald Trampın onu bu vəzifəyə təyin etməsindən 8 ay sonra baş tutub. Uoltsun gələn həftə Nyu-Yorkda keçiriləcək illik yüksək səviyyəli toplantıda iştirak edib-etməyəcəyi məlum deyil.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
17
2
azertag.az

3Sources