EN

Antiterror əməliyyatı – tarixdə 1 gün, dövlətçilikdə əbədi dönüş - TƏHLİL

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu tərəfindən həyatakeçirilən və cəmi bir sutka davam edən lokal xarakterli antiterrorəməliyyatı ölkə tarixində təkcə hərbi əməliyyat kimi yox, həm dədövlət suverenliyinin tam bərpası baxımından dönüş nöqtəsi oldu. Buhadisə milli dövlətçilik ideyasının reallaşması və regionun yenigeosiyasi mənzərəsinin formalaşmasına zəmin yaratdı.

44 günlük müharibədən sonra Qarabağın bir hissəsində separatçısilahlı birləşmələrin mövcudluğu ölkənin ərazi bütövlüyünün tamicrasına mane olurdu. Antiterror əməliyyatı bu ikili idarəçiliyəson qoydu və Azərbaycan Konstitusiyası, qanunları və dövlətidarəetmə mexanizmləri bütün ərazilərdə, o cümlədən Qarabağdatətbiq olundu. Suverenlik artıq kağız üzərində yox, reallıqdatəsbit edildi.

Əməliyyat cəmi 23 saat davam etdi və minimal itkilərlə separatçıqüvvələrin təslim olması ilə nəticələndi. Bu, həm AzərbaycanOrdusunun yüksək peşəkarlığını, həm də dövlət rəhbərliyininqətiyyətini nümayiş etdirdi. Eyni zamanda, beynəlxalq müstəvidəAzərbaycanın legitim mövqelərini gücləndirdi.

Separatçıların tam zərərsizləşdirilməsi Cənubi Qafqazdatəhlükəsizlik arxitekturasını dəyişdi. Bölgədə eskalasiya riskiminimuma endi, Ermənistanla Azərbaycan arasında normallaşma prosesisürətləndi, sərhədin delimitasiya və demarkasiyası istiqamətindəaddımlar atıldı. Qarabağın tam reinteqrasiyası Bakının regionaltəşəbbüslərdə daha sərbəst və dominant mövqeyini təmin etdi.

Əməliyyatdan sonra “status” müzakirələri tamamilə gündəmdənçıxarıldı. İki il ərzində aparılan bütün sülh danışıqlarıAzərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipləri üzərindəquruldu. Ermənistan da bu reallığı qəbul etməyə məcbur qaldı və2025-ci ilin avqustunda Vaşinqtonda sülh müqaviləsi paraflandı.

Hərbi əməliyyatın ardınca Qarabağda geniş infrastrukturlayihələri icra olundu. Yollar, enerji xətləri, su təchizatı bərpaedildi, məcburi köçkünlərin geri dönüşü üçün şərait yaradıldı.Sosial və humanitar layihələr bölgəni münaqişə ocağından inkişafməkanına çevirdi.

Ərazi bütövlüyünün bərpası Azərbaycan cəmiyyətində milli birliyigücləndirdi. Dövlətçilik ideyası ətrafında yaranmış konsensusdaxili sabitliyin əsas dayağına çevrildi. Bu hadisə sübut etdi ki,dövlət yalnız torpaqlar üzərində nəzarəti deyil, həm də həmintorpaqları sosial, iqtisadi və mədəni baxımdan dirçəltməyihədəfləyir.

Beləliklə, 2023-cü ilin 19 sentyabr antiterror əməliyyatıAzərbaycanın tarixində təkcə hərbi qələbə deyil, həm də dövlətçilikfəlsəfəsinin parlaq nümunəsi kimi qalır. Qarabağ artıq münaqişəbölgəsi yox, sülh və inkişaf məkanıdır.

MTM Analitik Qrupu

Məqalədə:
Chosen
28
1
az.trend.az

2Sources