EN

Tramp: ABŞ "TikTok" üzərində nəzarəti saxlayacaq

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Çinin "TikTok" sosial media platformasının satışına başlanılıb və ABŞ ona nəzarəti özündə saxlayacaq.

Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşündə deyib.

O, "TikTok" sövdələşməsi üzərində işin artıq davam etdiyini və investorların hazırlaşdığını bildirib. ABŞ administrasiyasının saziş bağlansa belə, Çinin sosial media platforması üzərində nəzarəti müəyyən formada saxlayacağı ilə bağlı hər hansı narahatlığının olub-olmaması ilə bağlı suala Tramp mənfi cavab verib.

"Biz buna çox ciddi nəzarət edəcəyik", - o deyib.

"The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən yazıb ki, Tramp administrasiyası "TikTok"un satışının şərtlərinə uyğun olaraq investorlardan çoxmilyardlarla rüsum alacağını gözləyir.

Bildirilir ki, sərmayəçilər Çinlə danışıqlar aparmaq və müqaviləni yekunlaşdırmaq üçün administrasiyaya haqq ödəməli olacaqlar. Sövdələşmə müzakirə olunduğundan ödəniş proseduru və dəqiq məbləğ hələ dəqiqləşdirilməyib. Ümumilikdə ABŞ administrasiyası investorlardan milyardlarla dollar ala bilər. WSJ qeyd edib ki, bu, sövdələşmənin təşkili üçün böyük ödənişdir.

Qəzetin məlumatına görə, Amerika investorlarından ibarət konsorsium səhmlərin təxminən 80 %-ni alacaq, Çinin "ByteDance" şirkətinin payı isə 20 %-dən az olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
3
www.bakupost.az

4Sources