EN

“Qızıl kart” bu qədər ödəniş edənlərə veriləcək - Sərəncam imzalandı

ABŞ Prezidenti Donald Tramp bu ölkədə daimi yaşamaq hüququ əldə etmək istəyənlər üçün “Qızıl kart” proqramının yaradılması haqqında sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, kart fiziki şəxslərə 1 milyon dollara, korporasiyalar isə 2 milyon dollara təqdim ediləcək.

Bundan başqa, “Platinum kart” da təqdim edilir ki, bunun da dəyəri 5 milyon dollar təşkil edir. Bu karta sahib olanlar ABŞ-dən kənarda əldə edilən gəlirlərdən vergi tutulmadan ildə 270 günə qədər Amerikada qalmaq imkanı əldə edəcək.

Chosen
39
5
publika.az

6Sources