EN

Tramp 1 milyon dollarlıq immiqrasiya vizası ilə bağlı fərman imzalayıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp zəngin əcnəbilərə 1 milyon və 5milyon dollara sürətli immiqrasiya təklif edən viza proqramınınyaradılması haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin saytındabildirilib.

Məlumata əsasən, fiziki şəxslər emal və yoxlama haqqı ödədikdənsonra "Tramp Qızıl Kartı" ilə 1 milyon dollara ABŞ-da daimi yaşayışhüququ əldə edə bilərlər.

Bildirilib ki, 5 milyon dollara “ABŞ-nin gəlir vergisinə məruzqalmadan ABŞ-də qalmağa” imkan verən “Platinum Kart” əldəediləcək.

Fərmana əsasən, hər bir işçiyə 2 milyon dollar rüsum ödəyənşirkətlər qeyri-məhdud sayda işçi üçün ABŞ-da daimi yaşayış yeriəldə edə bilər.

Chosen
44
az.trend.az

1Sources