EN

ABŞ dakı xarici işçilərə illik yüz min dollar rüsum tətbiq ediləcək

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Vaşinqton, 20 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp yüksək ixtisaslı əcnəbi işçilərin H-1B viza müraciətləri üçün illik yüz min dollar əlavə rüsumun tələb edilməsi ilə bağlı bəyannamə imzalayıb.

AZƏRTAC-ın məlumatına görə, bəyannaməyə əsasən, rüsum ödənilmədikdə işçilər ABŞ-a daxil ola bilməyəcək və ölkədə olmaları qanunsuz hesab ediləcək.

“Biz çox faydalı olacaq insanları ölkəmizdə saxlaya biləcəyik və bir çox hallarda şirkətlər bunun üçün böyük vəsait ödəyəcək. Onlar bundan çox məmnundurlar",- deyə Tramp bildirib.

Qərarın xaricdən daha çox işçi gətirən “Amazon, “Google”, “Microsoft” kimi şirkətlərə təsir edəcəyi ehtimal edilir.

H1-B proqramı 1990-cı ildə xüsusilə elm, texnologiya, mühəndislik və riyaziyyat kimi çətin hesab edilən sahələrdən mütəxəssislərin cəlbi üçün yaradılıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
2
azertag.az

3Sources