AZ

Trampdan qərar: ABŞ-da xarici işçilərə illik 100 min dollar rüsum tətbiq ediləcək

ABŞ Prezidenti Donald Tramp yüksək ixtisaslı əcnəbi işçilərin H-1B viza müraciətləri üçün illik yüz min dollar əlavə rüsumun tələb edilməsi ilə bağlı bəyannamə imzalayıb.

Publika.az xəbər verir ki, bəyannaməyə əsasən, rüsum ödənilmədikdə işçilər ABŞ-a daxil ola bilməyəcək və ölkədə olmaları qanunsuz hesab ediləcək.

Qərarın xaricdən daha çox işçi gətirən “Amazon, “Google”, “Microsoft” kimi şirkətlərə təsir edəcəyi ehtimal edilir.

Seçilən
6
2
publika.az

3Mənbələr