EN

Azərbaycan klubları Çempionlar Liqasında mübarizəni dayandırıblar

Minifutbol üzrə Çempionlar Liqasında mübarizə aparan “Birbaşa Bakı” 1/4 final mərhələsinin oyununu keçirib.

İdman.biz bildirir ki, komanda Çexiyanın “Brno” ilə komandası ilə oyunda əsas vaxta 2-2 hesablı heç-heçəyə nail olub.

Oyun sonrası penaltilərlə 5-6 hesabı ilə uduzan turnirin son çempionu Çempionlar Liqasında mübarizəni dayandırıb.

"Brno" komandası daha öncə 1/8 final mərhələsində Azərbaycanın “Aznur” komandasını mübarizədən kənarlaşdırıb. Oyunun əsas vaxtı 2-2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 2-3 hesabı ilə məğlub olan "Aznur" turnirlə vidalaşıb.

Bolqarıstanın “Tornovo” Sofiya komandası ilə qarşılaşan “Zirə” də məğlub olaraq mübarizəni dayandırıb. Komandamız rəqibinə 0-3 hesabı ilə məğlub olaraq Çempionlar Liqası ilə vidalaşıb.

Qeyd edək ki, "Birbaşa Bakı" son Çempionlar Liqasının qalibidir.

İdman.biz

Chosen
49
2
idman.biz

3Sources