EN

"Porto" "İnter"in eks-hücumçusunu alıb

Portuqaliyanın "Porto" klubu "İnter"in 27 yaşlı keçmiş hücumçusu Yan Karamo ilə müqavilə imzaladığını açıqlayıb.

İdman.biz bildirir ki, fransalı futbolçu 2024/2025 mövsümündə "Torino"da çıxış edib.

Karamo "Porto" ilə 2026-cı ilin yayına qədər bir illik müqavilə imzalayıb. Forvard yeni klubunda 75 nömrəli forma geyinəcək.

Hücumçu əvvəllər Fransanın "Kann", "Bordo", "Monpelye", İtaliyanın "Parma", "Torino", "İnter" və Türkiyənin "Karagümrük" klublarında çııxş edib. Transfermarkt Karamonun bazar dəyərini 1,8 milyon avro olaraq qiymətləndirir.

Karamo Fransanın U-21 millisinin heyətində iki oyuna çıxıb və bir qol vurub.

İdman.biz

Chosen
9
1
idman.biz

2Sources