EN

Tramp sentyabrın 25-də Ağ Evdə Ərdoğanı qəbul edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də ABŞ-a səfər edəcək.

Bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.

“Prezident Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ Evdə salamlamaqdan məmnunam. Mən Prezidentlə çoxsaylı ticarət və hərbi sazişlər üzərində işləyirəm, o cümlədən “Boeing” təyyarələrinin genişmiqyaslı satışı, əhəmiyyətli bir F-16 müqaviləsi və müsbət nəticələndirə biləcəyimiz F-35 danışıqlarının davam etdirilməsi. Prezident Ərdoğanla hər zaman çox yaxşı münasibətim olub. Onu 25-də görməyi səbirsizliklə gözləyirəm!”, – Tramm bildirib.

AzPost.az

Chosen
30
10
azpost.info

10Sources