AZ

Trampla Ərdoğan bu tarixdəGÖRÜŞƏCƏK

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də ABŞ-yə səfər edəcək.

Redaktor.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.

“Prezident Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ Evdə salamlamaqdan məmnunam. Mən Prezidentlə çoxsaylı ticarət və hərbi sazişlər üzərində işləyirəm, o cümlədən “Boeing” təyyarələrinin genişmiqyaslı satışı, əhəmiyyətli bir F-16 müqaviləsi və müsbət nəticələndirə biləcəyimiz F-35 danışıqlarının davam etdirilməsi. Prezident Ərdoğanla hər zaman çox yaxşı münasibətim olub. Onu 25-də görməyi səbirsizliklə gözləyirəm!”, - Tramm bildirib.

Seçilən
9
1
redaktor.az

10Mənbələr