EN

ABŞ-ın biznes nümayəndə heyətinin Orta Dəhliz regionuna səfəri başa çatıb

ABŞ-ın

ABŞ-ın biznes nümayəndə heyətinin Azərbaycan, Gürcüstan və Qazaxıstanı əhatə edən Orta Dəhliz regionuna səfəri başa çatıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-Azərbaycan Ticarət Palatasının “X” səhifəsində məlumat verilib.

“Nümayəndə heyəti Amerika–Azərbaycan Ticarət Palatası (USACC), Amerika–Gürcüstan Biznes Şurası və Qazaxıstandakı Amerika Ticarət Palatası tərəfindən birgə təşkil olunub və ABŞ-ın aparıcı dövlət və özəl sektor nümayəndələrini bir araya gətirib.

ABŞ Ticarət Nazirliyi və ABŞ Ticarət Xidməti tərəfindən təsdiqlənmiş bu missiyada ABŞ hökumət qurumları və şirkətləri iştirak ediblər”,- məlumatda qeyd olunur.

ABŞ-ınABŞ-ınABŞ-ın

Chosen
13
7
xalqcebhesi.az

8Sources