EN

Misli Premyer Liqası: “İmişi” və “Zirə” qələbə qazanıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 19 sentyabr, AZƏRTAC

Misli Premyer Liqasında V tura start verilib.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

İlk olaraq meydana "Karvan-Yevlax" və İmişli" komandaları çıxıb. Şamaxı şəhər stadionunda keçirilən görüşdə İmişli təmsilçisi 3 cavabsız qolla qalib gəlib.

Günün ikinci matçında isə "Zirə" "Şamaxı"nı sınağa çəkib. Qarşılaşma Bakı klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticələrdən sonra “Zirə” 11 xalla turnir cədvəlinə başçılıq edir. “İmişli” 7 xalla 5-ci, “Şamaxı” 5 xalla 6-cı, “Karvan-Yevlax” isə 4 xalla 9-cu sırada qərarlaşıb.

Turun digər oyunları sentyabrın 20-21-də təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
35
5
azertag.az

7Sources