EN

Biatlon əfsanəsi, 23 qat dünya çempionu Yohannes Byoya futbol oyunu baha başa gəldi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Norveçli beşqat Olimpiya çempionu biatlonçu Yohannes Byonun futbol oyunu zamanı əli qırılıb.
Oxu.Az-ın məlumatına görə, o bu barədə "Instagram" hesabında paylaşım edib.
"Qırılmış əl mənim planlarıma daxil deyildi, amma buna təbəssümlə yanaşıram və ümid edirəm ki, bərpa prosesi tez keçəcək! Bu il daha futbol yoxdur", - deyə Byo yazıb.
32 yaşlı Byo ötən mövsümün sonunda biatlondakı karyerasını başa vurub. Avqustda o, Norveç futbol çempionatının altıncı divizionunda çıxış edən "Vinger" klubu ilə müqavilə imzalayıb.
Byo beşqat Olimpiya çempionu, 23 qat dünya çempionu, ümumi hesabda beşqat Dünya Kubokunun sahibidir. Sentyabrda Byo 2026-cı il Olimpiadası naminə biatlona qayıda biləcəyini bildirmişdi.
Chosen
48
50
oxu.az

10Sources