Bakı. Trend:
Sentyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova MalayziyaParlamenti Senatının sədri Avanq Bemi Bin Avanq Ali Basah iləgörüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilən məlumata görə, ölkələrimiz vəparlamentlərimiz arasındakı münasibətlərin mövcud səviyyəsindənməmnunluğunu bildirən Senatın sədri, Azərbaycan parlamentininspikerinin bu səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafınatöhfə verəcəyinə inandığını qeyd edib. O, parlamentlərimizin AİPAkimi beynəlxalq parlamentlərarası əməkdaşlıq platformalarında birgəfəaliyyətini yüksək qiymətləndirib.
Milli Məclisin sədri Sahibə Qafarova parlament diplomatiyasınınəhəmiyyəti, parlamentarilərimizin beynəlxalq təşkilatlardaəməkdaşlığı, insanları narahat edən problemlərin həllindəparlamentlərin rolu barədə fikirlərini bildirib.
Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafındaparlamentlərarası əməkdaşlığın gələcək perspektivləri müzakirəolunub, beynəlxalq platformalarda əməkdaşlığın əhəmiyyətivurğulanıb. Qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həmdə beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığındanməmnunluq ifadə edilib.
Milli Məclisin spikeri Azərbaycanın son illərdə müxtəlifsahələrdə əldə etdiyi nailiyyətlər barədə söz açaraq, hazırdaişğaldan azad olunmuş ərazilərdə həyata keçirilən nəhəng bərpa vəquruculuq işləri barədə də məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında dafikir mübadiləsi aparılıb.