AZ

Malayziya Parlamenti Senatının sədri Qarabağdakı quruculuq işləri barədə məlumatlandırılıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Malayziya Parlamenti Senatının sədri Avanq Bemi Bin Avanq Ali Basah ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ölkələrimiz və parlamentlərimiz arasındakı münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu bildirən Senatın sədri, Sahibə Qafarovanın bu səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inandığını qeyd edib. O, parlamentlərimizin AİPA kimi beynəlxalq parlamentlərarası əməkdaşlıq platformalarında birgə fəaliyyətini yüksək qiymətləndirib.

Milli Məclisin sədri Sahibə Qafarova parlament diplomatiyasının əhəmiyyəti, parlamentarilərimizin beynəlxalq təşkilatlarda əməkdaşlığı, insanları narahat edən problemlərin həllində parlamentlərin rolu barədə fikirlərini bildirib.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın perspektivləri müzakirə olunub, beynəlxalq platformalarda əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluq ifadə edilib.

Milli Məclisin sədri Azərbaycanın son illərdə müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər barədə söz açaraq, işğaldan azad olunmuş ərazilərdə hazırda həyata keçirilən nəhəng bərpa və quruculuq işləri barədə də məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
6
azertag.az

8Mənbələr