EN

İraqın Türkmənistan qazını İran üzərindən idxal planıbaş tutmadı

İraqın Türkmənistandan qaz alaraq onu qonşu İran üzərindən ölkəyə nəql etmək və bununla xroniki elektrik enerjisi qıtlığını aradan qaldırmaq planı ABŞ-nin təzyiqi nəticəsində uğursuzluğa uğrayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, bu Bağdadı alternativ enerji mənbələri axtarmağa vadar edir.

Qeyd olunur ki, neftlə zəngin olan İraq Səddam Hüseynin devrilməsindən sonra vətəndaşlarını sabit elektrik enerjisi ilə təmin etməkdə çətinlik çəkir. Nəticədə əhali baha başa gələn şəxsi generatorlardan asılı vəziyyətə düşüb ki, bu da iqtisadi çətinliklərə və ictimai narazılığa səbəb olur.

Chosen
4
4
redaktor.az

5Sources