EN

Premyer Liqa: “Karvan” “İmişli”yə 3 cavabsız qolla uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 5-ci turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış matçında “Karvan” “İmişli” ilə üz-üzə gəlib.

Çempionatımızın debütantları Şamaxıda qarşılaşıblar. Oyunu Elvin Bayramov idarə edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Premyer Liqa
5-ci tur

19 sentyabr

“Karvan” – “İmişli” 0:3
Qollar: Dioqo Almeyda, 12. Edvin Banqera, 15. Azər Salahlı, 80.
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Eyyub İbrahimov, Rəşad Əhmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu.

Karvan: 1. Kamran İbrahimov, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 2. Şakil Sno, 12. Vitor Roşa, 19. Tompson Qavi, 8. Peter Kinqs, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 5. Nika Çaçaşvili, 11. Kayl Spens, 37. Mois Nqvisani, 3. Said İranxan, 21. İmani Barker.
Baş məşqçi: Azər Həşimov.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 44. Həzrət İsayev, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo. 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 11. Vüsal Qənbərov, 3. Tuncay Yusifli, 17. Ezekiel Morqan.
Baş məşqçi: Xorxe Kaskilya.

error: Məzmun qorunur!
Chosen
26
49
arena.az

10Sources