EN

Formula 1 pilotları Bakıda azarkeşlərlə görüşdülər - FOTO

BAKI, 19 sentyabr. TELEQRAF

Formula 1 üzrə Azərbaycan Qran-Prisi çərçivəsində yarış həftəsinin ən çox gözlənilən tədbirlərindən biri – Fan Forum Dənizkənarı Bulvar ərazisində yerləşən Fanzonada keçirilib.

Teleqraf xəbər verir ki, səhnədə təşkil olunan sessiyada dünya şöhrətli Formula 1 pilotları azarkeşlərlə görüşərək onların suallarını cavablandırıb, avtoqraf verib və foto çəkdiriblər. Komandalar üçün ayrılmış vaxt ərzində fanatlar sevimli F1 ulduzlarını yaxından görmək və yarış həyəcanını birgə bölüşmək imkanı əldə ediblər.

Cümə günü keçirilən Fan Forumda “Rasinq Bulls”, “Uilyams”, “Maklaren”, “Zauber” və “Aston Martin” komandalarının üzvləri iştirak ediblər. Şənbə günü isə digər komandaların pilotlarının fanatlarla görüşü nəzərdə tutulub.

Beləliklə, Fan Forum həm pilotlar, həm də azarkeşlər üçün yarış həftəsinin ən yaddaqalan anlarından birinə çevrilib.

Chosen
14
6
teleqraf.com

7Sources