AZ

Azərbaycan Qran Prisində F1 pilotları üçün "fan forum" təşkil olunub - FOTO

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 çərçivəsində yarış həftəsinin ən çox gözlənilən tədbirlərindən biri - Fan Forum Dənizkənarı Bulvar ərazisində yerləşən Fanzonada keçirilib.

Day.Az xəbər verir ki, səhnədə təşkil olunan sessiyada dünya şöhrətli Formula 1 pilotları azarkeşlərlə görüşərək onların suallarını cavablandırıb, avtoqraf verib və foto çəkdiriblər. Komandalar üçün ayrılmış vaxt ərzində fanatlar sevimli F1 ulduzlarını yaxından görmək və yarış həyəcanını birgə bölüşmək imkanı əldə ediblər.

 

Cümə günü keçirilən Fan Forumda Racing Bulls, Williams, McLaren, Kick Sauber və Aston Martin komandalarının üzvləri iştirak ediblər. Şənbə günü isə digər komandaların pilotlarının fanatlarla görüşü nəzərdə tutulub.

Beləliklə, Fan Forum həm pilotlar, həm də azarkeşlər üçün yarış həftəsinin ən yaddaqalan anlarından birinə çevrilib.

  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
Seçilən
4
6
day.az

7Mənbələr