EN

Avtomobil park etmə davası faciə ilə bitdi: ata öldü, qızı yaralandı

Adananın Yüreğir rayonunun 19 Mayıs məhəlləsində dəhşətli hadisə baş verib.

Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, 39 yaşlı Hasan Akgün ilə qonşusu D.Y. arasında avtomobil park etmə üstündə mübahisə düşüb. Qısa zamanda davaya çevrilən insident zamanı D.Y. odlu silahla atəş açıb.

Atəş nəticəsində Hasan Akgün və 14 yaşlı qızı A. Akgün yaralanıb. Başına və bədəninin müxtəlif nahiyələrinə 7 güllə dəyən ata ağır vəziyyətdə Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasına, ayağından yaralanan qızı isə Yüreğir Dövlət Xəstəxanasına aparılıb.

Həkimlər səylərinə baxmayaraq, Hasan Akgün həyatını xilas edə bilməyib. Qızı isə müalicədən sonra evə buraxılıb. Hadisə yerində zirehli polis maşınları ilə küçəyə giriş bağlanıb, parklanmış avtomobillərdən və ərazidən sübutlar toplanıb. Akgünün cəsədi Adana Ədli Tibb Qurumunun morquna qaldırılıb.

Hadisə ilə bağlı araşdırma aparan Cinayət Şöbəsinin əməkdaşları şübhəli D.Y.-ni saxlayıb.(sonxeber.az)

Chosen
33
avtosfer.az

1Sources