EN

Dünya şöhrətli avstraliyalı yazıçı Deniel Çidiak Azərbaycanda oxucuları ilə görüşəcək

Bakı. Trend:

8 ölkədə bestseller olmuş və dünyanın hər yerindən milyonlarlaoxucuya malik avstraliyalı yazıçı Deniel Çidiak “LİBRAFF” mağazalarşəbəkəsinin təşəbbüsü ilə ilk dəfə Azərbaycanda oxucuları iləgörüşəcək.

Azərbaycanda da tez-tez bestseller siyahısına düşən və artıqikinci nəşri də tükənməkdə olan “Kim deyir ki, bacarmazsan?Bacararsan!” kitabının müəllifi, oxucularına öz təcrübə və həyathekayələri ilə ilham verən Deniel Çidiak sentyabrın son həftəsindəBakıda qonaq olacaq.

Artıq 5 kitab müəllifi olan müəllif 27 sentyabr saat 15:00 –“LİBRAFF”ın “Park Akademiya” filialında kitab müzakirəsində iştirakedəcək və motivasiya, şəxsi inkişaf, habelə yumşaq bacarıqlarınönəmi barədə öz fikirlərini oxucularla bölüşəcək.

28 sentyabr saat 12:00 – “Gənclik Mall”ın 1-ci mərtəbəsinin əsaszalında baş tutacaq imza mərasimində oxucular müəlliflə bir dahagörüşmək imkanı qazanacaqlar.

Chosen
17
az.trend.az

1Sources