EN

Formula 1: İkinci sərbəst yürüşdə Luis Hemilton birinci olub

Yazını böyüt
Yazını kiçilt

Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş baş tutub.

Hafta.az xəbər verir ki, yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Ferrari”nin britaniyalı pilotu Luis Hemilton birinci olub.

Onun komanda yoldaşı, monakolu sürücü Şarl Lekler ikinci, “Mercedes”də çıxış edən britaniyalı Corc Rassell üçüncü yeri tutub.

Birinci sərbəst yürüşdə ən yaxşı nəticəni “McLaren”dən Lando Norris göstərib.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

Chosen
17
2
hafta.az

3Sources