
Çeçenistan Təhlükəsizlik Şurasının katibi Adam Kadırov (Xüsusi Təyinatlı Mobil Dəstə) “Axmat-Krepost” OMON - 25” yubiley medalı alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, Qroznıda “Axmat-Krepost” OMON bölməsinin yaradılmasının 25 illiyi şərəfinə təntənəli parad keçirilib.
“Tədbir zamanı Abdul-Kərim Kadırov “Axmat-Krepost” OMON - 25” yubiley medallarını Adam Kadırov, Abuzaid Vismuradov, Şarip Delimxanov və Aslan İrasxanova təqdim edib”, - deyə Çeçenistan rəhbəri qeyd edib.