BAKI, TurkicWorld
Azərbaycan Turizm Bürosu 17-19 sentyabrda Qazaxıstanın Astana və Almatı şəhərlərində keçirilən “Luxury Travel Mart” (LTM) tədbirində təmsil olunub.
TurkicWorld xəbər verir ki,tədbir zamanı keçirilən B2B görüşlərində Qazaxıstan və Özbəkistanın 30-dan çox turizm şirkəti və turoperatoru ilə görüşlər keçirilərək əməkdaşlıq imkanları müzakirə olunub, ölkənin lüks turizm potensialı təqdim edilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust dövründə Azərbaycana Qazaxıstandan 69 332, Özbəkistandan 37 718 xarici vətəndaş səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19% və 28% artımdır.
“Azərbaycan Hava Yolları” (AZAL), “Air Astana”, “FlyArystan” və “Uzbekistan Airways”in Bakı ilə Almatı, Astana və Daşkənd şəhərləri arasında birbaşa aviareyslər qarşılıqlı ziyarətçi sayının artmasına və ölkələrarası turizm əlaqələrinə töhfə verir.