Formula 1 Azərbaycan Qran-prisində 2-ci sərbəst yürüş başa çatıb.
Offsideplus.az xəbər verir ki, bu dəfə "Ferrari"nin pilotu Lyuis Hemilton tək dövrədə hamıdan sürətli olmağı bacarıb.. Onun komanda yoldaşı Şarl Lekler isə 2-ci olub.
"Mersedes"dən Corc Rassell 3-cü yeri tutub.
Günorta saatlarında baş tutan 1-ci sərbəst yürüşlərdə ən sürətli Lando Norris olmuşdu. O, bu dəfə onunculuqla kifayətlənməli olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış bazar günü olacaq.