EN

Qeyri-sabit hava şəraiti sentyabrın 22-si gündüzədək davam edəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sentyabrın 19-u axşamdan 21-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 19-u axşam və 20-si səhər yarımadanın bəzi yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 22-si gündüzədək davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi bildirilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal edilir.

Chosen
4
49
sia.az

10Sources