EN

Səkkiz Aİ ölkəsi Rusiya qazını idxal etməyə davam edir

Avropa İttifaqına (Aİ) üzv 8 dövlət həm boru kəmərləri vasitəsilə, həm də LNG şəklində Rusiya qazı alır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Brüsseldə brifinq zamanı Aİ-nin rəsmi nümayəndəsi Ana-Kaisa İtkonen bildirib.

O qeyd edib ki, bu siyahıya Belçika, Niderland, Fransa, İspaniya, Portuqaliya, Yunanıstan, Slovakiya və Macarıstan daxildir.

Onun sözlərinə görə, Yunanıstanla bağlı vəziyyət aydın deyil, çünki sanksiyalara baxmayaraq, ölkənin hələ də Rusiyanın boru kəməri qazını almağa davam etdiyi iddia olunur.

"Qeyd etmək vacibdir ki, biz qazın Aİ sisteminə haradan daxil olduğunu bilirik, lakin onun harada istehlak olunduğu barədə rəsmi məlumatımız yoxdur", - A.İtkonen vurğulayıb.

O, həcmlər barədə də heç nə deyə bilməyib, çünki bu, Aİ dövlətlərinin özlərinin səlahiyyətindədir.

Chosen
27
bakivaxti.az

1Sources