EN

Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi – Yeni müharibə

Xəbər verdiyimiz kimi, İsrailin kəşfiyyat xidməti “Mossad”ın rəhbəri David Barnea İrana qarşı kəskin mesajla çıxış edib. O, qurumun əvvəlkindən daha güclü əməliyyat imkanlarına sahib olduğunu, hətta Tehranın mərkəzində belə fəaliyyət göstərə bildiklərini vurğulayıb. Bu bəyanat təkcə İranda deyil, ümumilikdə regionda ciddi rezonans doğurub.

İsrailin belə açıq bəyanatları regiona nə vəd edir? “Mossad” rəhbərinin sözləri İran daxilində siyasi və ictimai sabitliyə necə təsir göstərəcək?

Globalinfo.az-a danışan politoloq Xəqani Cəfərli deyib ki, “Mossad”ın Tehranın mərkəzində fəaliyyət göstərə bilməsinə şübhə yoxdur:

“Hətta bu açıqlamadan öncə İranı yaxından izləyən müşahidəçilər uzun müddətdir ki, “Mossad”ın bu ölkədə “meydan suladığını” aydın görürlər. Görünür, son dövrlərdə bu fəaliyyət daha da genişlənib və Bornea da məhz buna işarə edib. İnanmıram ki, bu açıqlama regiondakı gərginliyi daha da artırsın. İsrailin İrana qarşı hərbi əməliyyat təcrübəsi var və yəqin ki, yenisini də həyata keçirəcək”.

Xəqani Cəfərli

Politoloq qeyd edib ki, “Mossad” rəhbərinin sözləri İran daxilində narahatlıq yarada və ictimai etimadsızlığı gücləndirə bilər:

“Bununla da təhlükəsizlik orqanları və siyasi qurumlara qarşı tənqidlərin artması, daxili sabitliyin sarsılması mümkündür. Bu vəziyyət həm də beynəlxalq ictimaiyyətin diqqətini yenidən regiondakı risklərə yönəldir”.

Chosen
10
2
turkustan.az

3Sources