EN

Lyayen bu gün Rusiyaya qarşı 19-cu sanksiyalar paketini açıqlayacaq


Avropa Komissiyası (AK) 19-cu anti-Rusiya sanksiyalar paketi ilə bağlı təklifini tamamlayıb və onu bu gün, sentyabrın 19-da təqdim edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Paula Pinyo Brüsseldə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, AK prezidenti Ursula fon der Lyayen sentyabrın 19-da növbəti məhdudiyyətlər paketi ilə bağlı rəsmi açıqlama verəcək.
“Gözlənildiyi kimi, AK yeni 19-cu sanksiyalar paketi üçün təklif təqdim edib. Prezident fon der Lyayen bu paketi Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasla birlikdə elan edəcək”, - o qeyd edib.
Chosen
4
yeniavaz.com

1Sources