EN

Obama Trampı mediaya təzyiqdə ittiham edib

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sabiq Prezident Kimmelin müdafiəsinə qalxıb

ABŞ-ın keçmiş Prezidenti Barak Obama hazırkı Prezident Donald Trampın tənqid etdiyi Cimmi Kimmeli müdafiə edib. AYNA.AZ xəbər verir ki, ABŞ-ın keçmiş lideri “X” sosial media səhifəsində bəyanat yayıb.

O qeyd edib ki, insanın siyasi baxışından asılı olmayaraq ifadə azadlığı qorunmalıdır.

“İstər Çarli Kirk, istərsə də Cimmi Kimmel, MAGA tərəfdarları və ya onların əleyhdarları olsun, söz azadlığı demokratiyanın əsas prinsipi olaraq qalır”, - Obama vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-ın hazırkı administrasiyası mediaya təzyiqlərə əl atır. Keçmiş Prezident əmin olduğunu bildirib ki, hökumət şirkətləri bəyənmədikləri jurnalist və ya şərhçini işdən çıxarmaqdan imtina etməlidir.

Keçmiş ABŞ lideri yazıb ki, mediaya bu cür müdaxilə demokratik təsisatlar üçün real təhlükə yaradır.

Obama medianı güzəştə getməkdənsə, müstəqilliklərini müdafiə etməkdə daha əzmkar olmağa çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
30
ayna.az

1Sources