EN

Çin və ABŞ liderlərinin telefon danışığı olub

Pekin, 19 sentyabr, AZƏRTAC

Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ABŞ Prezidenti Donald Trampın telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin rəsmi mediası məlumat yayıb. Telefon danışığının detalları barədə hələlik açıqlama yoxdur.

Bu, Si Cinpin və Donald Trampın cari ildə 2-ci telefon danışığıdır.

Qeyd edək ki, Donald Tramp 2-ci dəfə prezident vəzifəsinin icrasına başlayandan sonra iki ölkə arasında ticarət məsələlərində gərginlik yaranıb. Ötən müddətdə bir neçə dəfə yüksək səviyyədə danışıqlar keçirilsə də, yekun nəticə əldə edilməyib. Güman olunur ki, budəfəki telefon danışığında da əsas müzakirə mövzusu ticarət və rüsum məsələsidir.

 
Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Chosen
13
2
azertag.az

4Sources