EN

Hava təhdidlərinə qarşı təlimlərə başlanıldı

Yazını böyüt
Yazını kiçilt

Estoniya Müdafiə Qüvvələri hava məkanının pozulması hallarına cavab vermək üçün plandankənar təlimlərə başlayıb.

Hafta.az xəbər verir ki, bu barədə Estoniya mediası məlumat yayıb.

Bildirilib ki, bu qərara Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanını pozması səbəb olub. Təlimlər zamanı hərbi qulluqçular radarlardan istifadə etməklə səmada vəziyyəti izləyəcəklər. Ölkənin şərqində təyyarə uçuşları müvəqqəti məhdudlaşdırılacaq, hava hücumundan müdafiə bölmələri yüksək hazırlıq vəziyyətinə gətiriləcək. Hərbi qulluqçular və hərbiləşdirilmiş könüllü dəstənin üzvləri üçün paralel təlimlər keçiriləcək.

Estoniya Müdafiə Qüvvələri Komandanlığı hazırda ölkə üçün heç bir təhlükə olmadığını bildirib.

Chosen
54
2
hafta.az

3Sources