EN

Daha bir uşaq avtomobil qəzasının qurbanı oldu

Bakı-Quba yolunda ölümlə nəticələnən qəza baş verib.  

Bakıvaxtı.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə Qubanın Mirzəqışlaq kəndindən keçən hissəsində olub.

Belə ki, 30 yaşlı Təbriz Qürbətovun idarə etdiyi “Kia” markalı avtomobillə 50 yaşlı həmkəndlisi, Salman Əmirovun idarə etdiyi “Vaz-2109” markalı avtomobil toqquşub.

Nəticədə S.Əmirovun 13 yaşlı qızı Aytən Əmirova hadisə yerində həyatını itirib.

Sürücünün özü isə müxtəlif dərəcəli xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu gün Lənkəranda da məktəblilərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 8 və 9 yaşlı bacı-qardaş “Mercedes” markalı avtomobillə vurulub və hər ikisi dünyasını dəyişib.

Chosen
23
5
bakivaxti.az

6Sources