EN

Marala “Coca-Cola” içirdənlər həbs olundu

BAKI, 19 sentyabr. TELEQRAF

Belarusda məhkəmə Vitebsk vilayətinin iki sakinini Minsk zooparkında marala “Coca-Cola” verdiyinə görə 10 sutkalıq həbs cəzasına məhkum edib.

Teleqraf xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb.

Agentliyin yazdığına görə, iki nəfər zooparkda maralın buynuzlarından tutaraq, ona qazlı içki içirdiblər. Digər ziyarətçilərin xəbərdarlıqlarına baxmayaraq, onlar növbə ilə hadisəni mobil telefonları ilə lentə alıb və sosial şəbəkələrdə yayımlayıblar.

Onlar məhkəmədə təqsirli olduqlarını tam şəkildə etiraf edərək bildiriblər ki, cəzalarını çəkdikdən sonra zoopark rəhbərliyindən üzr istəməyə və vurulan zərəri, o cümlədən yaralı heyvana yardəm etməyə hazırdırlar.

Chosen
16
teleqraf.com

1Sources