EN

Qatarların qarşısına 81 dəfə qəfil insan çıxıb -7 nəfər ölüb

Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) qatarlarının qarşısına 81 dəfə qəfil insan çıxıb.

Bu barədə Redaktor.az-a səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, bunun nəticəsində maşinistlər təcili tormozlama etməli olub: "Bəzi hallarda isə məsafə çox qısa olduğundan hadisə qaçılmaz olub: 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

"ADY bir daha xatırladır ki, dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etməyin, sağa və sola baxın, hər 2 tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan sonra yolunuza davam edin", - deyə qurum bəyan edib.

Chosen
19
15
redaktor.az

10Sources