“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin zədəsiciddidir.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun təxminən 6 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Monteneqrolu oyunçu Çempionlar Liqasının “Kopenhagen” (1 oktyabr) və “Atletik”lə (22 oktyabr) görüşlərini buraxacaq.
Yankoviç “Benfika” ilə ilk tur matçının 77-ci dəqiqəsində zədələnmişdi.