Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Çinin kosmik sənayesi növbəti uğurlu layihəsini həyata keçirib. Çin "Tianlong-3" raketinin ilk uğurlu sınağı ilə ABŞ-nın nəhəng şirkəti "SpaceX"-ə meydan oxuyub. Reyting.az xəbər verir ki, rəsmi məlumata görə, Pekinin startapı "Space Pioneer" yeni nəsil və çoxdəfəlik "Tianlong-3"-ün tammiqyaslı mühərrik sınaqları uğurla başa çatıb. Sınaqda doqquz "Tianhuo-12" mühərriki maneəsiz, stabil qaydada eyni vaxtda işləməklə, 1100 ton güc yaradıb.72 metr hündürlüyündə olan bu raket 17-18 ton yükü aşağı orbitə daşıya bilir və qismən təkrar istifadəyə hesablanıb. Layihə kommersiya peykləri ilə bərabər, Çinin "Guowang" və "Qianfan" internet ulduz sistemləri üçün nəzərdə tutulub."Space Pioneer" bir il ərzində təxminən 30-dan çox buraxılış planlaşdırır. Paralel olaraq, rəqib "LandSpace" öz raketinin "Zhuque-3" üzərində işləyir, dövlət isə yeni "Long March-12A" kosmik layihəsini hazırlayır.Üstəlik, Çin raketləri ABŞ-nın "Falcon-9" modelinə bənzər şəkildə qurulub. Hazırda Çinin əsas hədəfi buraxılış xərclərini azaltmaq və yüksək tezlikdə uçuşu təmin etməkdir.Ekspertlər bildiriblər ki, hələlik "SpaceX" öz liderliyini qorusa da, Çin addım-addım kosmik sənayedə rəqabət fərqini azaldır. Bu isə onu göstərir ki, yaxın illər ərzində Çin qlobal kosmik rəqabətdə yeni gücə və əvəzsiz liderə çevrilə bilər.Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.