EN

Deputat: Ya qanunu sərtləşdirək, ya da başqa formasını işləyib hazırlayaq

BAKI, 19 sentyabr. TELEQRAF

"Erkən yaşda qızların ərə verilməsi son aylar bir neçə dəfə təkrarlanıb. Qanunda bununla bağlı nəzərdə tutulan məsuliyyət var. Bəlkə də bu məsələyə yenidən baxmalıyıq. Ya qanunu sərtləşdirək, ya da başqa formasını işləyib hazırlayaq".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat İlham Məmmədov deyib.

"Erkən yaşda qızların ərə verilməsinə meyilli olan bölgələrdə profilaktik tədbirlər aparılması üçün işlər görülsün", - deyə deputat bildirib.

Chosen
33
teleqraf.com

1Sources