Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Formula-2" kateqoriyasında sıralama turunda dəhşətli qəza baş verib.Oxu.Az xəbər verir ki, Roman Stanekin idarə etdiyi bolid Con Bennetin idarə etdiyi bolidlə toqquşub.Nəticədə sıralama turu qırmızı bayraqla dayandırılıb və daha bərpa olunmayacaq.***
15:01ART GP komandasının fransalı sürücüsü Viktor Martenin idarə etdiyi bolidin qəzaya uğraması səbəbi ilə dayandırılan "Formula-2" sıralama turu davam edir.Oxu.Az xəbər verir ki, bolid kran vasitəsilə trekdən kənarlaşdırılıb və bundan sonra yürüş davam edib.***
14:45"Formula-2" kateqoriyasında sıralama turunda qəza baş verib.Oxu.Az xəbər verir ki, ART GP komandasının fransalı sürücüsü Viktor Martenin idarə etdiyi bolid 3-cü döngədə qəzaya uğrayıb və alışıb. Nəticədə sıralama turu qırmızı bayraqla dayandırılıb.***
14:05"Formula-2" kateqoriyasında sıralama turu başladı.Oxu.Az xəbər verir ki, turun nəticəsinə görə şənbə və bazar günlərində keçiriləcək yarışlarda komandaların start düzülüşü formalaşacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.