Litvanın xarici işlər naziri Kyastutis Budris Ukraynaya səfər edib.
Herbiand.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Davam edən müharibəyə (Rusiya ilə - red.) və ölümcül hücumlara baxmayaraq, Ukrayna xalqı həyatdan imtina etmir - onlar işləyir, təhsil alır, bərpa edirlər. Onların cəsarəti təkcə Ukraynanı deyil, bütün Avropanı qoruyur", - o yazıb.
K.Budris Litvanın Ukraynanı dəstəklədiyini vurğulayıb.