Son günlər məcburi köçkünlərlə bağlı verdiyi qalmaqallı açıqlamalarla gündəmə gələn jurnalist Səidə Bəkirqızı yenidən “Space TV”-yə qayıdıb. Bu barədə jurnalistə yaxın mənbələr məlumat yayıb.
Xatıqladaq ki, Səidə Bəkirqızı məcburi köçkünlərlə bağlı səsləndirdiyi təhqiramiz fikirlərə görə sentyabrın 8-də işə başladığı “Space TV”dən cəmi bir həftə sonra qovulub. Eyni zamanda S.Bəkirqızının “Xəbərin izində” proqramının yayımı dayandırılıb.
Bundan əlavə, Audiovizual Şura Səidə Bəkirqızının cəmi 5 gün efirdə yayımlanan verilişində səsləndirdiyi şərhlərə görə “Space TV”nin yayımının 6 saatlıq dayandırılması barədə qərar qəbul edib.
Qeyd edək ki, S.Bəkirqızı bundan əvvəl məcburi köçkünlərə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün baş redaktoru olduğu “MediaTurk TV”dəki işindən uzaqlaşdırılıb.
Bütün bunlardan sonra Səidə Bəkirqızının yenidən “SpaceTV”- yə qayıtması xeyli təəccüb və sual doğurur.
News365.az