EN

Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqlədi

 Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib.

Musavat.com xəbər verir ki, məlumatı Avropa Komissiyasının mətbuat katibi Paula Pinyu təsdiqləyib. O bildirib ki, Komissiyanın sədri Ursula fon der Lyayen və Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Kaya Kallas bu barədə daha ətraflı məlumatı bugünkü mətbuat relizində təqdim edəcəklər.

Yeni sanksiyaların detalları və hansı sahələri əhatə edəcəyi barədə məlumat hələ açıqlanmayıb, lakin gözləntilərə görə, paket Rusiya iqtisadiyyatına və müəyyən şəxslərə yönələcək.

Hadisələr Avropa İttifaqının Rusiyanın hərbi və siyasi fəaliyyətlərinə qarşı daha sərt mövqe tutmaq siyasətinin davamı kimi qiymətləndirilir.

Musavat.com

Chosen
10
musavat.com

1Sources