EN

Antiterror əməliyyatı ilə gələn ədalət: Qarabağda suverenliyin tam bərpası

Bakı. Trend:

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun həyatakeçirdiyi antiterror əməliyyatı ölkəmizin milli təhlükəsizliyininqorunması və vətəndaşların sülh, əmin-amanlıq içində yaşamasınıntəmin olunması baxımından mühüm tarixi əhəmiyyətə malikdir. Buəməliyyat, dövlətimizin suverenliyi və ərazi bütövlüyününpozulmasına yönələn terror təhdidlərinin qarşısının alınmasındamühüm strateji addım kimi qiymətləndirilir.

Bu sözləri Trend-ə politoloq Azər Qarayev bildirib.

O bildirib ki, Azərbaycan regionda sabitliyin və təhlükəsizliyintəmin olunması üçün kompleks tədbirlər həyata keçirir. 2023-cü ilinantiterror əməliyyatı da bu strategiyanın ayrılmaz hissəsi kimi,ölkəmizin milli təhlükəsizlik siyasətində yeni mərhələni təmsiledir.

"Terrorizmin törətdiyi təhdidlər, xüsusilə işğal dövründə vəondan sonrakı mərhələdə Azərbaycanın təhlükəsizliyinə ciddimaneələr yaratmışdır. Bu əməliyyatla Azərbaycan Ordusu,hüquq-mühafizə orqanları və xüsusi xidmətlər terrorçu qrupların vəqeyri-qanuni silahlı birləşmələrin fəaliyyətinə son qoymuş, onlarınölkə daxilində və sərhədlərdə yaratdığı riskləri effektiv şəkildəneytrallaşdırmışdır."

A.Qarayev qeyd edib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfliBəyanata zidd olaraq Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri vəqeyri-qanuni erməni silahlı dəstələri mövcud idi.

"Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməniyaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğalaməruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradanqaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təminedəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələninikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətindəəlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanistçağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla,yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyəto həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillikiddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir,qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinəbəyanatlar verirdilər."

Politoloq bildirib ki, İkinci Qarabağ müharibəsindən dərhalsonra ölkəmiz haqlı narahatlığını ifadə edərək dəfələrlə Ermənistanrəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərəmüraciət edərək deyirdik ki, Ermənistan silahlı qüvvələrininAzərbaycan ərazisində qalması qanunsuzdur və buna sonqoyulmalıdır.

"Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülhüçün çağırışlar etsə də Ermənistan tərəfi hər dəfə danışıqlardanboyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdəsilahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan vəErmənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır.Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlıtoqquşmalarla müşahidə olundu. 2021-ci ilin noyabrında sərhəddəbirinci silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra ənqanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdir.2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşənErmənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni ermənisilahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel vəmay ayında isə şərti dövlət sərhədi istiqamətində AzərbaycanOrdusunun mövqeləri atəşə tutulmuşdu."

A.Qarayev qeyd edib ki, aparılmış qısamüddətli lokal xarakterliantiterror əməliyyatı nəticəsində, düşmənin silah və texnikalarınınböyük hissəsi sıradan çıxarılmışdır.

"Separatçıların Qarabağda qeyri - qanuni fəaliyyətlərinə qarşıAzərbaycanın bir-sıra vətəndaş cəmiyyəti nümayəndələrinin vəekologiya fəallarının Şuşa-Laçın yolunda bir müddət etiraz aksiyasıkeçirilmişdir.Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləriAzərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanunişəkildə istismar olunması, bu zaman ekoloji normalara əməledilməməsi və təbii sərvətlərin Ermənistana daşınması, Azərbaycanictimaiyyətinin haqlı narazılığına səbəb olmuşdur."

Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni ermənisilahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə dədigər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmasıməqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfliqaydada Azərbaycan ilə sərhəddə Laçın–Xankəndi yolunun girişindənəzarət buraxılış məntəqəsinin qurulmasına cavab olaraq 2023-cü ilaprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələritərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan iləsərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın”Nəzarət-Buraxılış Məntəqəsi qurulmuşdur.

A.Qarayev xatırladıb ki, 2023-cü ilin 19 sentyabr tarixindəAzərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıragenişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi.

"Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatınmüddəalarının icrasının təmin olunması, Azərbaycan RespublikasınınKonstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokalxarakterli antiterror əməliyyatına başlanıldı.Cəmi 23 saat 43dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcburoldular. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt vədərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə dədöyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqliklisilahların tətbiqi ilə sıradan çıxarılırdı. Qarabağın ermənisakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingentivasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqındarazılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-dalokal xarakterli antiterror əməliyyatı aşağıdakı şərtlərlədayandırıldı."

A.Qarayev qeyd edib ki, dəfələrlə Azərbaycan nümayəndələri iləgörüşdən imtina edən Qarabağda yaşayan erməni icmasınınnümayəndələri bir günlük antiterror əməliyyatından sonra Yevlaxşəhərində görüşməyə məcbur oldular.

"Görüşdə Separatçı rejimin ləğvi, Qarabağda yaşayan ermənisakinlərin reinteqrasiya məsələləri müzakirə edilib. Eyni zamanda,Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiyaşərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqilqərar vermək imkanları yaradılmışdır.Sentyabrın 28-də Qarabağınseparatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejiminləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdəhəyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildətərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xuntarejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi vəAzərbaycan öz dövlət suverenliyini tam təmin etdi. AzərbaycanınZəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrənglibayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası iləyekunlaşdı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali BaşKomandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı,Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının DövlətBayrağını ucaltdı."

Chosen
17
az.trend.az

1Sources