EN

Bu ilin 8 ayında 218 Vətən müharibəsi qazisi yenidən aktiv həyata qayıdıb

Cari ilin 8 ayında artıq 218 nəfər Vətən müharibəsi qazisi tam reabilitasiya olunaraq yenidən aktiv həyata qayıdıb.

Bu barədə Qaziler.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

Bildirilib ki, postmüharibə dövründə ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 4452 Vətən müharibəsi qazisinə əlillik təyin edib, o cümlədən 500-ə yaxın qazi 612 son nəsil yüksək texnologiyalı protezlə təmin edilib.

Vətən müharibəsindən sonra Agentliyin reabilitasiya mərkəzlərində 3665 nəfər müharibə iştirakçısı, habelə onların ailə üzvləri və şəhid ailəsi üzvləri reabilitasiya və sosial-psixoloji xidmətlərlə təmin edilib.

Chosen
15
4
qaziler.az

8Sources